DEVCONS
Biznesin inkişaf
bələdçisi
DEVCONS özəl və dövlət təşkilatlarına dayanıqlı inkişafa nail olmaq və nəticələri ölçmək üçün məsləhət və təlim xidmətlərini təqdim edir.
DEVCONS | Biznesin inkişaf bələdçisi
DEVCONS özəl və dövlət təşkilatlarına dayanıqlı inkişafa nail olmaq və nəticələri ölçmək üçün məsləhət və təlim xidmətlərini təqdim edir.
Biznesin inkişafı
Marketinq
Müştərilərimizə inkişaf etmələrinə və yeni hədəflərə çatmalarına dəstək olmaq
Regionda kiçik və orta bizneslər üçün ən etibarlı məsləhətçi şirkətə çevrilmək
Yenilikçi yanaşmalarla müştərilərə yüksək keyfiyyətli, sosial və ekoloji məsuliyyət daşıyan xidmətlər təklif etmək
DEVCONS MMC – müəssisələrin əməliyyat mükəmməlliyinə və davamlı inkişafına dəstək verən peşəkar məsləhət şirkətidir. Şirkətimizin əsası, bir çox özəl və dövlət subyektlərinin qabaqcıl beynəlxalq təcrübələri öyrənməkdə və tətbiq etməkdə çətinlik çəkməsi müşahidəsinə əsasən qoyulmuşdur. Bu çətinliklər əsasən məlumat çatışmazlığı və xidmətlərin əlçatan olmaması ilə bağlıdır. Məhz bu ehtiyacları qarşılamaq məqsədilə DEVCONS təsis edilmişdir.
DEVCONS adı "Development" (inkişaf) və "Consulting" (konsultasiya) sözlərinin birləşməsindən yaranmışdır. Məqsədimiz – müştərilərə innovativ, məlumat əsaslı və əlçatan xidmətlər təqdim etməklə onların potensial imkanlarını üzə çıxarmaq və yeni hədəflərə çatmalarına dəstək olmaqdır.
Biznesin uzunmüddətli məqsədlərinə çatması üçün strategiyalar hazırlayır, təşkilati yön vermə və performans izləmə modelləri qururuq.
Şirkətlərin dayanıqlı inkişafı üçün idarəetmə, strukturlaşma və qərarvermə sahələrində məsləhət və dəstək xidmətləri təqdim edirik.
Brendin bazarda möhkəmlənməsi, rəqəmsal kanalların effektiv istifadəsi və müştəri artımını dəstəkləyən həllərlə yanaşı, insan resurslarının inkişafı üçün satış, liderlik və idarəetmə üzrə təlim proqramları da təqdim edirik.
Mövcud vəziyyətin araşdırılması və əsas problemlərin müəyyənləşdirilməsi
Effektiv həll yollarının hazırlanması, uyğun yanaşmaların seçilməsi və planlama planlarının qurulması
Təkliflərin tətbiqi, proseslərin idarə olunması və nəticələrin daimi izlənməsi ilə qiymətləndirilməsi.
Xidmət keyfiyyəti və müştəri münasibəti ilə bizi tam razı saldılar. İlk gündən etibarən komandaları hər bir detalı diqqətlə araşdırdı və ehtiyaclarımıza uyğun həllər təklif etdilər. Layihəmiz vaxtında və yüksək keyfiyyətlə tamamlandı. Onlarla işləmək çox rahat və güvənlidir!
Rəqəmsal marketinq sahəsində DEVCONS-un komandası ilə əməkdaşlığımız brendimizin tanınmasına və satışlarımızın artmasına böyük təsir göstərdi. Komanda həm yaradıcı, həm də analitik baxımdan yüksək səviyyədədir.
DEVCONS ilə əməkdaşlığımız biznesimiz üçün əla seçim oldu. Onların peşəkar komandası sayəsində strateji hədəflərimizə daha tez çatdıq. Göstərdikləri xidmət yalnız texniki dəstəkdən ibarət deyil, həm də biznesimizin böyüməsi üçün dəyərli məsləhətlər verirlər. Çox razıyıq və uzunmüddətli əməkdaşlığımıza davam edəcəyik!
Sizinlə işləmək bizim üçün gözəl təcrübə oldu. Komandanızın çevikliyi və operativliyi bizi çox razı saldı. Layihəmizin tələblərini tam anlayaraq, bizim üçün ən uyğun həll yollarını tapdınız. Xidmətinizə və peşəkarlığınıza görə sizə təşəkkür edirik!